<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>239</hymn_number>
<lyrics>[V1]
 Məhəbbət ürəkdə heç zaman sönməz,
 Sən mənə, İlahi, qüvvət verəndə.
 Külək bir çinarı qopara bilməz,
 Sən ona, İlahi, özək verəndə.

[C1]
   Sən mənim ömrümün mənası oldun,
   Sən mənə Özündə həyat verəndə.
   Sən kiçik könlümün ağası oldun,
   Pənahı İsaya mən gətirəndə.

[V2]
 İblisin qorxusu dondura bilməz
 Sən mənə, İlahi, qüvvət verəndə.
 Kor olmuş gözlər heç vaxt Nurunu görməz,
 Sən ona, İlahi, nur verməyəndə.</lyrics>
<title>Məhəbbət ürəkdə heç zaman sönməz İL239</title>
</song>